Gleb
ədəd/dənə Heç başa düşmürəm, hansından haçan istəfadə etmək lazımdı. Bazarda pomidor alanda "4 dənə pomidor" istəmişdim, yazıq satıcı məni anlamadı))) Sora dedi ki "pomidor 4 ədəd olur, dənə yox". Nə qədər cəhd eləsəm, mantiqi anlamıram: "2 ədəd mesaj" "3 dənə avtobus." Həmişə kimi google da araştırdım ki misallara baxım. Heç aydın olmadı: "2 dənə boş keys alıram. blok pitaniya yeri aşağıda olan və 2 ədəd yanyana 120mm kuller taxmaq üçün yeri olan keyslər lazımdı. " Axı niyə keys dənədi lakin kuller ədəddi? Bir də güman edirəm ki başqa da belə növ kəlmə vardı. Kömək edin zəhmət olmasa.
2017년 9월 10일 오후 7:29
답변 · 3
2
Salam. Maraqlı sual üçün çox sağ olun! Bilmirəm satıcı sizə ədəd və dənə sözlərinin mənasını necə başa salıb, amma mən indi çalışacam bunları sizə izah edim. Ədəd və dənə sözləri sinonim sözlərdir. Hər ikisi də cansız (неодушевленный) əşyaların sayını bildirmək üçün istifadə olunur. Gündəlik danışıq dilimizdə ən çox dənə sözündən istifadə olunur. Ədəd sözü ən çox bədii ədəbiyyatda istifadə olunur. Şəxsən mən həmişə dənə sözünü işlədirəm.Ola bilər ki, ədəd sözü Azərbaycan dilinə başqa dildən keçib. Ədəd sözünün bizim dilimizdə bir mənası da var. Rus dilində ədəd -цифра deməkdir. Biz insanların sayını göstərmək istədikdə dənə və ya ədəd sözlərini işlətmirik. Bu vaxt nəfər sözündən istifadə olunur. Beləliklə, cansız əşyaların sayını bildirmək istədikdə siz heç çəkinmədən dənə və ya ədəd sözlərini işlədə biərsiniz.
2017년 9월 11일
아직도 답을 찾지 못하셨나요?
질문을 남겨보세요. 원어민이 도움을 줄 수 있을 거예요!
Gleb
언어 구사 능력
아랍어(이집트), 아제르바이잔어, 영어, 그루지야어, 기타, 페르시아어, 러시아어, 터키어, 우즈베키스탄어
학습 언어
아랍어(이집트), 아제르바이잔어, 그루지야어, 페르시아어