a/ay/adə/ədə/ala/az/aqız/ay qız
siz bunlardan istifadə edirsizmi? misallar gətirsəz çox minnətdar olacam
ابحث بين معلمي الإنجليزية المتعددين...
الإجابات · 4
2
Salam.
Sizin yazdığınız qısa sözlər bəzi insanlar tərəfindən məişətdə işlədilən müraciət formalarıdır. Bu sözlər ədəbi Azərbaycan dilində istifadə olunmur.
Məsələn: " ala" və " adə" müraciət formaları Bakı kəndlərində məhəllə uşaqları, cavanlar arasında işlədilir.
" Ay qız", " a qız" formalarında göründüyü kimi hər hansı bir qıza müraciət olunur. " Az" isə bunların qısaldılmış formasıdır. Yenə də deyirəm bu müraciət formaları hamı tərəfindən istifadə olunmur. Bu sözlər ancaq biri- birini yaxşı tanıyan ( dostlar, rəfiqələr)insanların arasında işlədilə bilər. Bəzən zarafatca da bu sözlərdən istifadə olunur.
Şəxsən mən bu sözlərdən " ay qız" sözündən hərdən istifadə edirəm. O da nəyəsə etiraz etdikdə
Məsələn: Ay qız, dəli olmusan,sən nə edirsən?
Sizin dilinizdə iki rəfiqə danışanda təxminən belə sözlər istifadə edirlər?
Ты что? С ума сошла? Что ты делаешь?
0
Yeni suallar gözləyirik:)
لم تجد إجاباتك بعد؟
اكتب اسألتك ودع الناطقين الأصليين باللغات يساعدونك!
لا تفوّت فرصة تعلّم لغة جديدة وأنت مرتاح في منزلك. تصفّح مجموعتنا المختارة من مدرّسي اللغات ذوي الخبرة وسجّل في درسك الأول الآن!
ابدأ التعلم اليوم
